Xəbər lenti

Ermənistan Vatikanda səfirlik açır
Dünya08:58 07.03.2013

Ermənistan Vatikanda səfirlik açır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan Vatikan və Vyetnamda səfirlik açır. 

Qaynar.info-nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, prezident Serj Sarkisyan bu gün bununla bağlı qərar qəbul edib. 

"Vakitan 1988-ci ildə Ermənistana zəlzələ zamanı humanitar yardım göstərib, 2009-cu ildə "erməni soyqırımı"nı tanıyıb. İki ölkə arasındakı münasibətlər uzun inkişaf yolu keçib. Ermənistan tərəfindən həm prezident, həm baş nazir, həm də xarici işlər naziri tərəfindən bir neçə Vatikana bir neçə səfərlər edilib.  Vatikanla münasibətlərin dərinləşməsi nəinki dini baxımdan, həmçinin siyasi konteksdə də vacibdir" deyə qərarda bildirilib.  

Sarkisyan bundan başqa Ermənistanın Vyetnamda səfirliyinin açılması üçün də qərar qəbul edib. 

Qaynar.info