Xəbər lenti

Ermənistan və Aİ yeni tərəfdaşlıq proqramı ilə bağlı danışıqlar aparır
Siyasət 21:02 09.12.2024

Ermənistan və Aİ yeni tərəfdaşlıq proqramı ilə bağlı danışıqlar aparır

Ermənistan və Avropa İttifaqı (Aİ) ikitərəfli münasibətlərin dərinləşdirilməsi üzrə yeni sənədlə bağlı danışıqlar aparır.


Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın "Lannen Media” nəşrinə müsahibəsində bildirib.


"Ermənistanı Avropa İttifaqına yaxınlaşdırmağa yönəlmiş siyasətimizi bilirsiniz. Ermənistan Aİ ilə münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşdirilməsinə yönəlmiş siyasət həyata keçirir. Hazırda "Yeni tərəfdaşlıq proqramı" adlı sənədlə bağlı danışıqlar aparılır", - A.Mirzoyan qeyd edib.


Onun sözlərinə görə, bu, əməkdaşlığın müxtəlif sahələrini əhatə edən hərtərəfli sənəddir.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->