Xəbər lenti

Ermənistan və Azərbaycan vətəndaşlarının İtaliyaya girişi yasaqlandı
Dünya06:25 27.10.2021

Ermənistan və Azərbaycan vətəndaşlarının İtaliyaya girişi yasaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliya Səhiyyə Nazirliyi Azərbaycan və Ermənistanı "E siyahısı”na salıb.
Qaynarinfo xəbər verir ki, bununla da hər ikim ölkənin vətəndaşları İtaliyaya girişinə icazə verilən ölkələr siyahısından çıxarılmış olub. 
İtaliya Səhiyyə Nazirliyi tərəfindən dərc edilən və bu yaxınlarda yenilənmiş "E siyahısı”na Albaniya, Bosniya və Herseqovina, Bruney, Livan, Moldova, Monteneqro, Şimali Makedoniya, Serbiya, Tayvan, Honq Konq, Makao da daxil edilib. 
SchengenVisaInfo.com xəbər verir ki, bu ölkələrdən olan səyahətçilərin İtaliyaya yalnız mühüm məqsədlər üçün, ciddi giriş qaydalarına riayət etməklə daxil olmasına icazə verilir.
Alpər