Xəbər lenti

Ermənistan xaosa doğru gedir: Paşinyan hakimiyyətini qoruya biləcəkmi?
Dünya12:13 05.10.2023

Ermənistan xaosa doğru gedir: Paşinyan hakimiyyətini qoruya biləcəkmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Belə davam etsə, Paşinyan daxili çəkişmələrə tab gətirə bilməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistan baş naziri Nikol Paşinyanın ölkəni bürüyən siyasi çəkişmələr fonunda hakimiyyətini qoruyub-qoruya bilməyəcəyi ehtimalını şərh edərkən deyib.
Politoloq vurğulayıb ki, ABŞ və Avropa ölkələri Paşinyanın daxili və xarici təzyiqlərə tab gətirərək, hakimiyyətdə qalmasına çalışır:
"Paşinyan bu təlatümlərlə mübarizədən uğurla çıxa bilməsə, Ermənistanda xaos yaranacaq və Rusiyameylli qüvvələr üçün hakimiyyəti zəbt etmək imkanı olacaq. Bu da Qərbi və indiki hakimiyyətin himayədarlarını heç cür qane etmir. Ona görə də Qərb öz imkanlarından maksimum istifadə edərək, çalışır ki, Paşinyan təlatümlərə tab gətirə bilsin. Amma Qərbin bu istiqamətdə imkanları aşağıdır. Paşinyan istefa verə biləcəyini söyləsə də, Ermənistanın təhlükəsizliyinin tam təmin olunması fonunda buna gedəcəyini deyir. Amma aydın məsələdir ki, Paşinyanın hakimiyyətdən getməsilə Ermənistan daha böyük bir xaosa yuvarlana bilər. Ermənistanda vəziyyət gərgindir, bu gündən sabaha ümid yoxdur. Ona görə də heç bir siyasi qüvvə birmənalı şəkildə Paşinyanın təzyiqlərə tab gətirə biləcəyinə zəmanət verə bilmir. İndi Paşinyanın taleyi tükdən asılıdır. Yaxın günlərdə vəziyyətin hansı istiqamətdə cərəyan edəcəyi tam bəlli olacaq”. 
Qeyd edək ki, Ermənistanda vəziyyət gərgin olaraq qalır. Müxalifət Paşinyanın istefasını tələb etməkdə  davam edir. Paşinyan isə bu günlərdə bəyan edib ki, istefa verə bilər, amma buna ancaq Ermənistanın təhlükəsizliyinin tam təmin edilməsi fonunda gedə biləcəyini deməyi də unutmayıb. 
Rüfət Sultan