Xəbər lenti

Ermənistan xarici internet trafiki Türkiyə vasitəsilə alır
Dünya 11:34 10.07.2024

Ermənistan xarici internet trafiki Türkiyə vasitəsilə alır

Ermənistan Türkiyə və Gürcüstan vasitəsilə Avropadan xarici internet trafiki alır.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediasına Yüksək Texnologiyalar Nazirliyindən sorğuya cavab olaraq bildirib.

Eyni zamanda nazirlik internet kabelinin Türkiyədən Ermənistana birbaşa, yoxsa Gürcüstandan keçdiyini dəqiqləşdirməyib. Onlar həmçinin Qara dənizin dibi ilə yeni internet rabitə xəttinin tikintisi layihəsi ilə bağlı sualları cavablandırmayıb və "bu məlumat dərc oluna bilməz” deyib.4
Medianın əldə etdiyi məlumatlara görə, ölkənin xarici internet trafikinin 80%-i Gürcüstandan gəlir (buraya Türkiyə, Aİ və Rusiya Federasiyasından gələn trafik də daxildir).

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->