Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin notasına cavab verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan məlumat
verib.
"Biz Rusiya səfirliyinin notasına müəyyən olunmuş qaydada cavab verdik. Notanın məzmunu daxili diplomatik yazışmaların bir hissəsidir və buna görə də mətnin dərcini düzgün hesab etmirik", - Unanyan bildirib.
Avqustun 17-də Rusiya Federasiyasının İrəvandakı səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə bu il avqustun 14-də "Sürməli” ticarət mərkəzinin ərazisində baş verən partlayışla bağlı "yerli informasiya məkanında yayılan, Rusiya strukturlarına qarşı təhqiramiz və saxta ittihamları özündə əks etdirən, baş verənlərdə Rusiyanı günhlandıran” nota göndərərək narahatlığını bildirib.
Avqustun 18-də Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bəyan edib ki, Moskva rəsmi Yerevanın notaya cavabını gözləyir.
Alpər