Ermənistan prezidenti Vaaqn Xaçaturyan Cənubi Koreyanın Ermənistan Respublikasındakı yeni səfiri Çan Ho-Jin (iqamətgahı Moskvadadır) ilə yeni atom elektrik stansiyasının tikintisi sahəsində ikitərəfli əməkdaşlığın imkanlarını müzakirə edib.
Qaynarinfo xəbər verir ki, Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, həmsöhbətlər yüksək texnologiyalar, turizm, təhsil və elm kimi sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Koreya təcrübəsinin nüvə enerjisi sahəsində tətbiqindən
danışıblar.
Öz növbəsində koreyalı diplomat qeyd edib ki, Ermənistan kimi bir ölkədə səfir işləmək onun üçün böyük şərəfdir.
Alpər