Xəbər lenti

Ermənistanda 38 yaşlı hərbçi güllələndi
Dünya13:59 01.01.2020

Ermənistanda 38 yaşlı hərbçi güllələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Müdafiə Nazirliyinin hərbçisi güllələnib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə Qeqarkunik vilayətində baş verib. Tavuş vilayətinin, Aşağı Karmiraqbyur kəndinin 38 yaşlı sakini Kartuş Ohanyan "Mercedes" markalı avtomobildə Berd rayonunun 38 yaşlı sakini Narek Məlikyan tərəfindən "İJ" markalı tüfəngdən açılan atəş nəticəsində güllə xəsarəti alıb. Yaralı tibb mərkəzinə çatdırılıb və ona yardım göstərilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Məlumata görə, Kartuş Ohanyan Ermənistan Müdаfiə Nаzirliyində müqavilə ilə hərbi xidmət keçir.