Ermənistanda yeni hökumət formalaşdırılır.
Qaynarinfo xəbər verir ki, prezident Armen Sarkisyan baş nazirə 1 müavin və 9 nazir təyin edib.
Belə ki, Mqer Qriqoryan baş nazirin müavini, Zöhrab Mnatsakanyan xarici işlər, Mane Tandilyan əmək və əhalinin sosial məsələləri, Artur Qriqoryan energetik infrastruktur və təbii resursları, Atom Canqcuqanyan maliyyə, Artur Xaçatryan kənd təsərrüfatı, Artak Zeynalyan ədliyyə, Arsen Torosyan səhiyyə, Qraçya Rostomyan fövqəladə hallar, Erik Qriqoryan ekologiya, Artsvik Minasyan energetika naziri təyin olunub.