Xəbər lenti

Ermənistanda böyük dəyişiklik
Dünya09:29 20.04.2017

Ermənistanda böyük dəyişiklik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan hökuməti başda Karen Karapetyan olmaqla yaxın günlərdə öz səlahiyyətlərindən imtina edəcək.

İstiPress-in “newsarmenia” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Past” (Fakt) qəzeti xəbər yayıb.

Bildirilir ki, baş nazir Karen Karapetyanın istefa verməsi konstitusiyanın tələblərinə uyğundur.

“Nazirlər Kabinetində böyük dəyişikliklər olacaq”, - deyə yayılan xəbərdə bildirilir.

Qəzet onu da əlavə edib ki, Karapetyanın baş nazir olduğu 5-6 ay müddətində heç bir inqilabi dəyişiklik həyata keçirilməyib.

Qaynar.Az