Xəbər lenti

Ermənistanda dələduz "əsir alverçisi" həbs edilib: "Bakıda tanışlarım var..."
Dünya12:28 18.03.2022

Ermənistanda dələduz "əsir alverçisi" həbs edilib: "Bakıda tanışlarım var..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda çoxsaylı valideynləri aldadan dələduz "əsir alverçisi" həbs edilib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Ermənistan Respublikası İstintaq Komitəsinin Geğarkunik Regional İstintaq İdarəsində araşdırılan cinayət işi çərçivəsində dələduzluq maddəsi ilə axtarışda olan 40 yaşlı kişi həbs edilib. 
İstintaq zamanı müəyyən edilib ki, 40 yaşlı kişi 2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük müharibə zamanı Azərbaycana qarşı işalçılıq müharibəsinə yollananan və taleyi naməlum qalan hərbçilərin yaxınlarını aldadıb. O, valideynləri yaxınlarının əsir düşdüyünü, güya onların Bakıda olduqlarını və Bakıdakı tanışları vasitəsi ilə onların ölmədikləriniinandırmağa çalışıb. Daha sonra o, sözügedən itkin düşmüş hərbçilərin qohumlarına güya Azərbaycandakı tanışları ilə razılaşdığını və övladlarının  Ermənistana qaytarmaq üçün və bunun müqabilində külli miqdarda pulun lazım olduğunu bildirib. Bu şəkildə itkin düşənlərin yaxınlarını razı salaraq, dələduzluq yolu ilə adıçəkilən şəxslərdən ümumilikdə 1 milyon 558 min 863 dram məbləğində pulu alaraq, mənimsəyib.
Axtarış tədbirləri nəticəsində 2022-ci il martın 17-də həmin şəxs  tapılaraq, həbs olunub.
Hazırda araşdırma aparılır.
Telman