Xəbər lenti

"Ermənistanda demokratiya iflasa uğrayıb" - Ermənilə Avropa İttifaqına etiraz edir
Dünya11:51 12.02.2022

"Ermənistanda demokratiya iflasa uğrayıb" - Ermənilə Avropa İttifaqına etiraz edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daşnaksütyun İnqilabi Federasiyasının gənclər komitəsinin üzvləri Ermənistandakı Avropa İttifaqının nümayəndəliyinin binası qarşısında şamlar yandırıb və "dəfn” mərasimi təşkil edib.
Qaynarinfo xəbər verir ki, aksyada iştirak edən təşkilatın İdarə Heyətinin üzvü Szak Nazaryan çıxışında ölkədəki demokratik problemlərə görə qurumun nümayəndəsi Andrea Viktorini ittiham edib:
"Son vaxtlar Ermənistanda demokratiyanın göstəricisi antirekord vurub. Ötən həftə hakimi məhkəməni müstəqil və ədalətli apardığı üçün həbs ediblər. Avropa İttifaqının aydın dəyərləri var. Təşkilat hər il müxtəlif ölkələrdə demokratiyanın səviyyəsini qiymətləndirir. Lakin Avropa İttifaqının  Ermənistandakı nümayəndəsi Andrea Viktorin quruma yalan hesabatlar təqdim edir".
İdarə Heyətinin üzvü, parlamentin "Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan bildirib ki, hazırkı hakimiyyət etdiklərinə görə cavab verəcək. Lakin o, əmin deyil ki, Avropa strukturları tutduqları mövqeyə görə nə zamansa məsuliyyət daşıyacaqlar:
"Mən Avropa İttifaqının Parlamentlərarası Komissiyasının üzvü kimi buradayam. Beynəlxalq ictimaiyyəti təmsil edən strukturlar ikili standartlar tətbiq edirlər".
Daşnaksütyun İnqilabi Federasiyasının üzvü Taron Manukyan isə bildirib ki, Ermənistanda demokratiya iflasa uğrayıb:
"Faktdır ki, insan sadəcə olaraq öz sözünü ifadə etmək üçün siyasi təqiblərə məruz qala bilər. Yerli seçkilərdən sonra həyata keçirilən həbslər bunun bariz nümunəsi idi və siyasilər heç bir ciddi əsas olmadan hakimiyyət tərəfindən həbs və təzyiqlər altında saxlanılır. Belə misallar çoxdur. Amma Andrea Viktorin susur və üstəlik Ermənistanı demokratik dövlət  kimi təqdim edir".
Telman
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/5QfywZUQ5G8" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">