Xəbər lenti

Ermənistanda əhali sürətlə yoxsullaşır, insanlar ölkədən qaçır...
Dünya08:32 27.03.2022

Ermənistanda əhali sürətlə yoxsullaşır, insanlar ölkədən qaçır...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan əhalisinin sosial-iqtisadi vəziyyəti ildən ilə pisləşir, yaşayış səviyyəsi daha da aşağı düşür. Ölkədə yoxsulluq dərinləşməkdə davam edir. Cəmiyyətin böyük bir hissəsinin gəlirləri xərclərdən qat-qat azalıb və hər ötən gün əlavə problemlərlə qarşılaşırlar. Xüsusilə işləyən, lakin çox aşağı gəlir əldə edən vətəndaşlar getdikcə daha da yoxsullaşır. Ermənistanda belələrinin sayı yüzlərlə deyil, yüz minlərlədir... 
Gəlirlər armasa da və ya çox az miqdarda artım baş versə da, kəskin qiymət artımı davam edir. Rəsmi məlumatlara görə, Ermənistanda orta inflyasiya orta əmək haqqının artımından aşağı olub. Əvəzində zəruri məhsulların qiyməti kəskin artıb. Əgər ötən il orta inflyasiya 7,2 faiz, orta əmək haqqı artımı 7,6 faiz olubsa, ərzaq məhsullarının qiymətində artım 13 faizə çatıb. Həmçinin ötən il bir çox əsas tələbat məhsulları üzrə inflyasiya iki dəfə artıb.
Hakimiyyət inflyasiyanın dərəcəsini dünyadakı proseslərlə əlaqələndirməyə çalışsa da, bunu heç cür əsaslandıra bilmir. Ermənistan hökuməti son bir ildə cəmiyyəti yüksək inflyasiyanın nəticələrindən, xüsusən də sosial cəhətdən həssas sektoru qorumaq üçün heç bir addım atmayıb, maaş, pensiya və müavinət artımı olmayıb. Atılan addımlar isə heç bir nəticə verməyib.
Ermənistanda 2020-ci ildə orta pensiya 43 min 590 dram təşkil edibsə, 2021-ci ildə bu 43 279 dram olub. Bütün dünyada pensiya artımı baş verdiyi halda, Ermənistanda azalmağa doğru gedib.
Eyni vəziyyət müavinətlərə də aiddir. 2020-ci il orta müavinət 26 min 634 dram, 2021-ci ildə isə 26 min 618 dram olub. 
Sosial-iqtisadi vəziyyətin gündən-günə pisləşməsi demoqrafik vəziyyətə də təsir edir. Belə son illər Ermənistanı tərk edənlərin sayı sürətlə artır. Rəsmi məlumatlara görə, 2021-ci ildə 73,5 mindən çox vətəndaş ölkəni tərk edib və geri qayıtmayıb. Bu 2017-ci illə müqayisədə iki dəfə çoxdur. Belə ki, 2017-ci ildə 36,2 min nəfər Ermənistanı tərk etmişdi.
Hökumət əvvəlki böhran ilindəki iqtisadi itkiləri belə bərpa edə bilməyib. Əksər region ölkələri nəyinki itkilərini bərpa edib, hətta inkişafa da nail olub. Məsələn, Gürcüstan pandemiyadan ən çox əziyyət çəkən (turizm sektoru) ölkələrdən biri olsa da, iqtisadi artım Ermənistandan iki dəfə yüksək olub. Belə ki, Gürcüstanda iqtisadi artım 10,6, Ermənistanda 5,7 faiz təşkil edib. 
Həmçinin ötən il Ermənistanın dövlət borcu 1 milyard 257 milyon dollar artıb. Borcun artım tempi iqtisadi artımdan təxminən 3 dəfə yüksək olub...
Telman Qasımov