Xəbər lenti

Ermənistanda əsir yaxınları yolları bağladı: MN mühasirədə
Dünya09:57 09.04.2021

Ermənistanda əsir yaxınları yolları bağladı: MN mühasirədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda olduğu deyilən erməni əsirlərin qohumları Şirak bölgəsindəki yolları bağlayıb.
Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, Gümrü-İrəvan yolları (Orom kəndi yaxınlığında), eləcə də Aşotk və Vanadzora gedən yollar bağlanıb.
"Tələbimiz birdir - sevdiklərimizin qaytarılması, başqa tələbimiz yoxdur", - qohumlardan biri Sputnik Ermənistan-a deyib.
Xatırladaq ki, Şirakdan olan hərbçilər dekabrın 16-da Dağlıq Qarabağın Xtsaberd kəndi yaxınlığında əsir götürülüb.
Qarabağ müharibəsi zamanı itkin düşənlərin yaxınları ölkənin Müdafiə Nazirliyinin Yerevandakı binasını mühasirəyə almağa davam edirlər. 24 saat ərzində binadakı insanlar oranı tərk edə bilməzlər.
Alpər