Xəbər lenti

Etirazçılar “Soros”un İrəvandakı ofisini dağıtdı (VİDEO)
Dünya07:30 11.11.2020

Etirazçılar “Soros”un İrəvandakı ofisini dağıtdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İrəvanda etirazçılar Soros Fondunun ofisini dağıdıblar.
Qaynarinfo xəbər verir ki, bu haqda REN TV yerli mətbuata istinadən məlumat yayıb. İnternetdə hadisə yerindən kadrlar, marşrut iştirakçılarının ofis qapılarını necə sındırdıqlarını əks etdirən görüntülər paylaşılıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzaladığını bildirib. Dediyinə görə, bu onun üçün son dərəcə çətin bir qərar olub. Bundan sonra İrəvandakı kortəbii mitinq iştirakçıları hökumət binasına, parlamentə soxulub, Paşinyanın evini dağıdıb, onun əşyaları oğurlanıb, parlament sədri Mirzoyan linç edilib.