Xəbər lenti

Ermənistanda gərginlik
Dünya17:36 09.02.2014

Ermənistanda gərginlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müxalifəti İrəvanın mərkəzində qanlı 1 mart olaylarının ildönümü ilə bağlı izdihamlı mitinq hazırlaşır 

İrəvan meriyası Erməni Milli Konqresinin martın 1-də paytaxtın Azadlıq meydanında mitinq keçirəcəyi ilə bağlı xəbərdarlıq məktubunu qeydə alıb. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə qurumun parlament fraksiyasının katibi Aram Manukyan deyib. Mitinqdən sonra yürüş planlaşdırılır. 

Xatırladaq ki, 6 il öncə, 2008-ci il martın 1-də İrəvanda 19 fevral prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edən nümayişçilərlə hökumət qüvvələri arasında qarşıdurmada 10 nəfər, o cümlədən iki hərbçi həlak olub. Bundan sonra bir sıra müxalifət yetkililəri həbs edilib. 

Müxalifət, başda prezidentliyə ozamankı əsas namizəd Levon Ter-Petrosyan olmaqla seçkilərin nəticələrini tanımayıb. Eks-prezident və müxalifət lideri Petrosyan paytaxtda 21 gün fasiləsiz etiraz aksiyaları keçirib.

musavat.com