İrəvan-Mehri yolunun Ermənistanın Vayots Dzor vilayətinin ərazisindən keçən hissəsində qəza baş verib.
Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin balansında olan "Kamaz” markalı yük maşını
aşıb.
Nəticədə 11 hərbçi müxtəlif dərəcəli xəsarəti alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Hazırda polis, istintaq orqanları və Müdafiə Nazirliyinin hərbi polisinin nümayəndələri hadisə yerindədir. Qəzanın səbəbləri araşdırılır.
Aydın