Ermənistanda minimum pensiya məbləği artırılır.
Qaynarinfo xəbər verir ki, Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi minimum pensiya məbləğini 28 yanvar 2022-ci ildən etibarən indiki 26.500 dramdan 28.600 dramadək (102 manat) artırmağı planlaşdırır. Nəticədə, əmək pensiyası alan təxminən 15600 vətəndaşın pensiyası artacaq.
Məcburi hərbi xidmətdə olan hərbçilər üçün hərbi əlillik pensiyanın məbləği də artırılacaq:
• 1-ci qrup halında - 43.000 dram (hazırda 40.000 dram) - Təxminən 153 manat
• 2-ci qrup halında - 33.000 dram (hazırda 30.000 dram) - Təxminən 118 manat
• 3 -cü qrup halında - 30.000 dram (hazırda 27.000 dram) - Təxminən 107 manat
Məcburi hərbi xidmətdə ölən hərbi qulluqçunun ailə üzvünün qazanc əldə edəni itirildiyi təqdirdə, hərbi pensiyanın məbləği müəyyən edilmiş 27 min dramdan 30 min drama qaldırılacaq. Hərbi təqaüdlərin artırılması nəticəsində təxminən 5260 hərbi təqaüdçünün pensiyası artacaq.
2022-ci il yanvarın 1-dən qocalığa və əlilliyə görə müavinət məbləğinin 28.600 drama (hazırda 26.500 dram) qədər artılılması nəzərdə tutulub.
Əlilliyi olan 8500-ə yaxın uşaq üçün müavinət məbləği 26.500 dramdan 37.000 drama yüksəldiləcək.
Planlaşdırılan dəyişikliklərdən təxminən 74.600 nəfər faydalanacaq.
Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin aylıq təqaüdü 2021-ci il yanvarın 1-dən qüvvəyə minən artımlarla aşağıdakı kimi müəyyən edilib:
I qrup əlillərə - 400 manat;
II qrup əlillərə - 350 manat;
III qrup əlillərə - 300 manat
Telman