Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında gecə saat 01:30 radələrində yanğın olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbi hissə ərazisində baş verən yanğında 15 hərbçi ölüb, 3-ü isə yaralanıb. Onların vəziyyəti ağırdır.