Xəbər lenti

Ermənistanda hərbi hissədə dava: Biri yaralandı, biri intihar etdi
Dünya05:25 17.03.2022

Ermənistanda hərbi hissədə dava: Biri yaralandı, biri intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda hərbi hissələrin birində hərbçilər arasında dava düşüb.
Qaynarinfo xəbər verir ki, hadisə ötən gecə Qafan raynundakı Şikahoğ hərbi hissəsində baş verib.
Hərbi hissədə xidmət edən əsgərlər arasında mübahisə düşüb. Nəticədə əsgərlərdən biri döyüş yoldaşına ağır xəsarət yetirib, daha sonra intihar edib.
Ermənistan Müdafiə Nazirliyi də bir əsgərin ölümü ilə bağlı açıqlama yayıb. Bildirilib ki, 2002-ci il təvəllüdlü Levon Siroyan güllə yarasından ölüb. Hadisə martın 16-da ölkənin cənub-şərq sərhədləri istiqamətində baş verib. Olayın təfərrüatları açıqlanmayıb.
Telman