Ermənistanda müqaviləli hərbi qulluqçu özünü güllələyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Qeqarkunik rayonundakı hərbi hissədə baş verib. 1992-ci il təvəllüdlü Qevork Avetyan odlu silahla ehtiyatsız davranma zamanı ağır xəsarət alıb.
Hərbi qulluqçu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəyal