Şənbə günü Ermənistanda əlində qumbara olan naməlum şəxs hökumət binasına daxil olaraq onu partlatmaq istəyib, lakin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qaltsyan deyib.
"1975-ci il təvəllüdlü kişi bu gün əlində qumbara ilə Ermənistanın hökumət binasına daxil olub, lakin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib", - deyə agentliyin həmsöhbəti bildirib.