Ermənistanda 2019-2021-ci illər ərzində intihara cəhd edənlərin sayı artıb.
Qaynarinfo Ermənistan Milli Statistika Departamentinə istinadən xəbər verir ki, 2021-ci ildə intiharların sayı 191-ə çatıb. Bu 2020-ci illə müqayisədə 8 (183 nəfər), 2019-cu illə müqayisədə 38 nəfər (153 nəfər) çoxdur.
Maraqlıdır ki, Ermənistanda intihara daha çox kişilər cəhd edir. Məsələn, 2021-ci ildə qeydə alınan 191 hadisənin 156-sı kişilər, 35-i qadınlar tərəfindən törədilib. İntihara cəhd edənlərin əksəriyyəti 30-65 yaş arasındadır.
İntiharların sırasında yeniyetmələrin sayı da artıb. 2020-ci ildə belə fakt 5 idirsə, 2021-ci ildə 7 olub. 2019-cu ildə 17 yaşadək uşaqlar arasında 16, 2020 və 2021-ci illərdə 12 uşaq intihara cəhd edib.
Telman