Ermənistanda 2022-ci il yanvarın 1-dən inflyasiyaya görə əhalinin maaşlarından pul saxlanaraq, müxtəlif fondlara və dövlətin xeyriyə lahiyələri üçün nəzərdə tutulmuş büdcəsinə veriləcək. Belə ki, dövlətin bir sıra qanunvericilik dəyişiklikləri səbəbindən ölkədə kəskin bahalaşma gözlənilir.
Məcburi pensiyalar üçün, maaşdan ödənilən aylıq məbləğ bu il əhəmiyyətli dərəcədə artacaq. Əgər yanvarın 1-dək 500 min drama qədər əməkhaqqı alanlar bunun 3,5%-ni icbari pensiyaya verirdilərsə, cari ilin yanvarın 1-dən bu, 4,5%-ə qədər artacaq. Bu, gəlir vergisinin 1% azalması ilə qismən kompensasiya ediləcək. Yəni ki, gəlir vergisi 22% əvəzinə 21% olacaq - icbari pensiyada 1% artıb, gəlir vergisində isə 1% azalacaq.
Lakin burada başqa bir böyük problem də var. Ermənistan yanvar ayından sabitləşdirilmış gəlir vergisinə keçəcək, yəni az-çox gəlir əldə edənlər eyni məbləğdə vergi ödəyəcəklər.
Artıq bir-sıra erməni iqtisadçı ekspertlər problemi sabit gəlir vergisində olduğunu qeyd edərək bildirilər ki, bütün hallarda gəlirin məbləğindən asılı olmayaraq, vətəndaşlar eyni gəlir vergisini ödəyəcəkləri üçün qərarın səbəbindən ölkədə narazı təbəqə artacaq. Bu gün Ermənistanda bu problem daha da kəskinləşib, çünki bu yeni qaydalar ən həssas təbəqəyə, o cümlədən minimum istehlak səbətinə uyğun pensiya və müavinət ala bilməyən aztəminatlı işçilərə və ya təqaüdçülərə zərbə vuracaq.
Bundan əlavə, Ermənistanda yanvarın 1-dən suyun, işığın və qazın qiymətləri daha da artacaq. İşığın tarifi orta hesabla təxminən 5,5 dram artacaq, faktiki olaraq suyun tarifi artıq artıb, qaz tarifinin də artacağı gözlənilir. Artımlar təkcə insanların gəlirlərinə deyil, həm də əlavə inflyasiyaya səbəb olan amillərə də təsir edir.
Əldə olunan məlumatlara görə, Ermənistanda cari ildə istehlakçılar üçün 200 kilovat saata yaxın elektrik enerjisinin sutkalıq qiyməti 44,98 dramdan 46,48 dram, gecə tarifi isə 34,98 dramdan 36,48 drama yüksələcək. Sutkada 201-400 kilovat saat elektrik enerjisinin qiyməti isə hazırkı 44,98 dram əvəzinə 48,48 dram, gecə tarifi isə 34,98 dram əvəzinə 38,48 dram olacaq. 400 kilovat saatdan artıq istehlak üçün gündüz qiyməti 47,98 dram əvəzinə 53,48 dram, gecə vaxtı isə 37,98 dram əvəzinə 43,48 dram təşkil edəcək.
Göründüyü kimi, nəticədə Ermənistandakı bu artımlar yoxsulluğun artmasına və insanların ümumi həyat keyfiyyətinin azalmasına da təsir edəcək.
Bundan başqa, Ermənistanda yanvarın 1-dən malların gömrük rüsumları artırılacaq. Onsuz da artıq yanvarın 1 dən Ermənistanda idxal edilən quş əti üçün gömrük rüsumu 30%, düyü və marqarin üçün 2%, kartof və lobya toxumları üçün 1% artıb. Qiymətli və yarımqiymətli daşlar və metallar üzrə tariflərdə qızıl üçün 3-6%, gümüş üçün 5% artım olub. Bu ildən etil spirti, alkoqollu içkilər, tütün və bir sıra digər məhsulların aksiz dərəcələri artırılacaq ki, bu da onların son qiymətlərinin artmasına səbəb olacaq.
Bu artımlar da mütləq şəkildə istehlak mallarının qiymətlərini artıracaq, çünki onlar dolayı vergilərdir, sadə məntiqlə dolayı vergilər istehlakçı tərəfindən ödənilir. Dolayı vergilərin, aksizlərin artması dərhal idxal olunan malların qiymətlərini artırır və öz növbəsində əlavə inflyasiyaya səbəb olur․ Hazırda ölkədə istehlak məhsulları bahalaşır, idxal komponenti olan yerli məhsullar, yəni idxalda xammalı, materialı və ya digər resursları istifadə olunan malların qiyməti də bahalaşır.
Nəticə ondan ibarətdir ki, artıq Ermənistanda əhalinin əvvəlki maaşla yaşaması mümkün olmayacaq. Deməli, insanlar ya iş yerini, ya maaşı, ya da hökuməti kökündən dəyişməlidir. Lakin bəllidir ki, bugünkü reaalıqda Ermənistan hökumətinin bu problemlərin həlli üçün resursları məhduddur.
Telman