Xəbər lenti

Ermənistanda kəskin qiymət artımı: Ərzaq bahalaşıb, şəkər və neft ucuzlaşıb (VİDEO)
Dünya08:22 07.07.2022

Ermənistanda kəskin qiymət artımı: Ərzaq bahalaşıb, şəkər və neft ucuzlaşıb (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda qiymət artımı sürətlə davam edir. 
Qaynarinfo xəbər verir ki, əsas ərzaq məhsullarının - çörək, makaron və unun qiyməti bahalaşıb. Ermənistanın Statistika Komitəsinin məlumatına görə, bir il ərzində çörəyin qiyməti 20%, bu ilin iyun ayında isə may ayı ilə müqayisədə 5,2% artıb.
Makaron məmulatlarının qiyməti 29,9%, unun qiyməti isə 2,6% bahalaşıb və bu ilin iyun ayında may ayı ilə müqayisədə bazarda 1,6% inflyasiya qeydə alınıb. 
Ölkədə ət bazarında da qiymət artımı qeydə alınıb. Məsələn, quzu, donuz və mal ətinin qiymətləri bahalaşıb. May ayı ilə müqayisədə iyunda quzu ətinin qiyməti 2% donuz ətinin qiyməti 3,5%, mal ətinin qiyməti 5,6% artıb. Mal əti bir il ərzində 17,8% bahalaşıb.
Pendir də bahalaşan ərzaq məhsulları arasındadır. Statistika Komitəsindən veriləm məlumatas görə, pendirin qiyməti bu ilin iyun ayında keçən ilin eyni dövrü ilə müqayisədə 25,4%, may ayı ilə müqayisədə isə 1,6% artıb. 
Əvəzində ölkədə yumurtanın qiyməti 2%, şəkərin qiyməti isə 2,6% ucuzlaşıb. 
Bir il ərzində kərə yağının qiymətidə 4,8%, iyun ayında may ayı ilə müqayisədə 0,4% deflyasiya qeydə alınıb. 
Statistika Komitəsinin məlumatına görə, neftin qiyməti isə 0,8% ucuzlaşıb.