Xəbər lenti

Ermənistanda merliyə namizəd xəstəxanalıq edilib
Dünya08:26 17.09.2016

Ermənistanda merliyə namizəd xəstəxanalıq edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

16 sentyabr axşamı Ermənistanın Eçmiədzin şəhərində merliyə namizədlər Artut Tumanyan və Karen Qriqoryan, eyni zamanda onların komandaları arasında insident baş verib.

 Qaynarinfo.Az erməni mətbuatəına istinadən xəbər verir ki, hadisə nəticəsində Tumanyan “Erebuni” tibb mərkəzinə yerləşdirilib. Bu barədə keçmiş deputat Akop-Akopyan xəbər verib.

“Erebuni”dən məlumat verilib ki, 16-sı gecəsi Artur Tumanyanı xəstəxanaya gətiriblər, hazırda o nevroloji şöbədədir.
İnsident atışma ilə müşaiyət olunmayıb. Qeyd olunur ki, yalnız Eçmiədzin meri Karen Qriqoryanın maşınına atəş açılıb. Bildirilir ki, Karen Qriqoryan və onun komandasında silah olmayıb. Tərəflər arasında dava düşüb, Qriqoryanın tərəfdarları silahları qarşı tərəfdən ala biliblər və Tumanyanı döyüblər.

Karen Qriqoryan Eçmiədzin şəhər adminstrasiyasına 2008-ci ildən rəhbərlik edir. 2012-ci il seçkilərində rəqibsiz seçilib.

Eçmiədzin merliyinə seçkilər 18 sentyabrda keçiriləcək.

Qızılgül

Qaynarinfo.Az