Xəbər lenti

Ermənistanda müdafiə nazirinin birinci müavini təyin edildi
Dünya15:19 20.07.2021

Ermənistanda müdafiə nazirinin birinci müavini təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Arşak Karapetyanın ölkənin müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, Karapetyan son təyinatına qədər Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin birinci müavini vəzifəsini tutub.
Xatırladaq ki, bu gün Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Bununla bağlı isə sərəncamı ölkə prezidenti Armen Sarkisyan imzalayıb.