Xəbər lenti

Ermənistanda nazir istefa verdi
Dünya08:07 12.12.2022

Ermənistanda nazir istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Vahram Dumanyan istefa verib.
Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, nazirliyin mətbuat katibi Qeqam Melikbekyan xəbəri təsdiq edib. İstefanın səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Vahram Dumanyan bu vəzifəyə 2021-ci il avqustun 3-də təyin edilib. O, bundan əvvəl - 2008-2019-cu illərdə Ali Attestasiya Komissiyası yanında "Riyazi kibernetika” ixtisaslaşdırılmış şurasının elmi katibi olub. 2007-2020-ci illərdə məktəblilərin informatika üzrə fənn olimpiadasının Respublika Komissiyasının sədri kimi fəaliyyət göstərib.
Aydın