Ermənistanda səhiyyə nazirinin müavini Arsen Davtyan həbs edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan məlumat verib. Davtyan ölkənin baş mama-ginekoloqu Razmik Abramyandan böyük məbləğdə rüşvət almaqda ittiham edilir.
O, 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Gülşən