Xəbər lenti

Ermənistanda “nazir qalmaqalı”: Müdafiə naziri İlham Əliyevin tələbilə çıxarılıb?
Siyasət14:02 15.11.2021

Ermənistanda “nazir qalmaqalı”: Müdafiə naziri İlham Əliyevin tələbilə çıxarılıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda Müdafiə naziri Arşak Karapetyanın Baş nazirin birinci müavini Suren Papikyanla əvəzlənməsi birmənalı qarşılanmayıb. 
Qaynarinfo xəbər verir ki, müxalif düşərgə Paşinyanın bu addımını anti-Rusiya aktı kimi qiymətləndirir. Bununla belə, onlar Müdafiə naziri vəzifəsindən azad edilən Arşak Karapetyanın da uğursuz bir kadr olduğunu inkar etmirlər. Lakin Rusiyaya bağlı müxalifət hər cür variantda Kremlin tapşırığını sözsüz yerinə yetirən keçmiş nazirin istefasından həm narahatdırlar, həm də narazı.
Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan bu məsələyə münasibət bildirərkən deyib ki, Karapetyanın işdən çıxarılması mühüm deyil. Onun sözlərinə görə, önəmli olan yeni təyin olunanın hərbçi olmamasıdır: "Karapetyan uğurlu kadr idimi? Bu barədə bir söz deyə bilmərəm. Lakin Müdafiə Nazirliyi ciddi bir qurumdur və onun başında duran şəxs də siyasi adamdır. Bu postda əyləşən şəxsin hərbi savadının olması vacibdir. Amma Papikyan hərbçi deyil və peşəkar sayıla bilməz. Onun ordunu necə quracağı özü müəmmalıdır”.
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri Edqar Qazaryan isə iddia edib ki, Arşak Karapetyanın işdən çıxarılması məhz Azərbaycan Prezidenti İlham Əliyevin tələbi ilə reallaşıb. Onun sözlərinə görə, Müdafiə nazirini işdən çıxarmaqla Nikol Paşinyan İlham Əliyevin daha bir tələbini yerinə yetirib: "Karapetyan bir neçə gün əvvəl Qarabağdaydı. Orada təkcə görüşlər keçirməmişdi, həm də sonuncu səngərə qədər getmişdi. Azərbaycan tərəfi də bunu "hərbi siyasi təxribat” olaraq qiymətləndirmişdi. Buna qədər isə İlham Əliyev Ermənistanın vəzifəli şəxslərinin Qarabağa səfər etməsini də sərt tənqid etmişdi. Məhz bu səfərindən sonra Arşak Karapetyan Nikol Paşinyan tərəfindən işdən çıxarıldı. Bununla da İlham Əliyevin daha bir tapşırığını yerinə yetirdi”.
Qazaryan daha sonra onu da deyib ki, bundan əlavə olaraq Geqarkunik, Vayots Dzor və Sünikdə baş verən son hadisələr, Azərbaycan Ordusunun irəliləməsi Karapetyanın istefası üçün aşkar zəmin yaradıb.
Müxalifyönlü "Hraparak” qəzeti isə yeni Müdafiə naziri Suren Papikyanın təyinatını "gülməli hadisə” adlandırıb. Qəzet yazır ki, Papikyan məhz öz zabit yoldaşını bıçaqladığı üçün həbs olunub: "2007-ci ildə Amnistiya Aktı ilə azadlığa çıxıb. Lakin həbsi haqqında özünün tərcümeyi-halında heç bir şey qeyd etməyib”.
Erməni blogger Robert Hayrapetyan isə Suren Papaikyanın təyinatı ilə bağlı ələ salan statusla münasibət bildirib: "Təbrik edirik. Bizim bir müdafiə nazirimiz var ki, hərbi xidmətdə olarkən öz zabitini bıçaqlayıb. Dəlixanaya çevrilmiş Ermənistan”.
Seyid