
Ermənistan paytaxtı İrəvanda Şəhərsalma Nazirliyinin binasında yanğın baş verib.
ANS PRESS-in məlumatına görə, bu barədə “Novosti Armeniya” Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Hadisə yerinə 4 yanğınsöndürən briqada və yanğını söndürmək üçün nərdivan göndərilib.
Yanğının söndürülməsi ilə bağlı işlər hələ də davam edir.
Qaynar.info