Xəbər lenti

Ermənistanda parlament böhranı: Nələr baş verə bilər? (ŞƏRH)
Dünya13:41 03.07.2022

Ermənistanda parlament böhranı: Nələr baş verə bilər? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistandakı parlament toqquşmasının bir neçə mümkün inkişaf ssenarisi var, çox şey müxalifətin Milli Assambleyada qalıb-qalmamasından və ya mandatlardan tamamilə imtina etmək qərarına gəlməsindən asılıdır. 
Qaynarinfo xəbər verir ki, bu sözləri erməni politoloq Qarik Keryan "Sputnik Ermənistan"a müsahibəsində bildirib.
İyulun 1-də "Mülki müqavilə” fraksiyasının tələbi ilə Ermənistan parlamentindəki "Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyanın parlament sədrinin müavini, deputat Vahe Hakopyan isə İqtisadi məsələlər daimi komissiyasının sədri vəsifəsindən uzaqlaşdırlıb. parlamentə təqdim olunub. Həmkarları isə buna buna cavab olaraq istefa veriblər. İstefanı Regional məsələlər və Avrasiyaya inteqrasiya məsələləri üzrə komissiyanın sədri Armen Gevorkyan elan edib. Ardınca Taquhi Tovmasyan istisna olmaqla, komissiya sədrlərinin müavinləri da istefa verib. 
Qarik Keryanın sözlərinə görə, indi bir sual aktuallaşıb ki, müxalifətdə olan "Hayastan” və "Mənim Şərəfim” fraksiyaları gələcəkdə parlamentdəki işdən tamamilə imtina etmək niyyətindədir, yoxsa mandatlarını qoruyub saxlayacaqlarmı?
"Mülki müqavilə"nin qərarı ilə vitse-spiker və komissiya sədrinin tutduqları vəzifələrdən uzaqlaşdırılmasından sonra yeni namizədlərlə bağlı pərdəarxası müzakirələrin və ya açıq danışıqların aparılması tamamilə mümkündür. Müxalifət bu vəzifələrə yeni adamlar təklif etməlidir. Təbii ki, müxalifətçilər bu barədə qərar verməzdən əvvəl parlamentə qayıdıb qanunvericilik fəaliyyətini davam etdirəcəklərinə və ya ümumiyyətlə parlamentdən imtina edəcəklərinə qərar verməlidir", deyə politoloq bildirib.
Bəs müxalifət parlamentdən imtina etsə, qanunverici orqan fəaliyyət göstərə biləcəkmi?
Qarik Keryan bununla bağlı bildirib ki, bu halda "Mülki müqavilə”nin süni şəkildə 2-3 yerə parçalanaraq vəziyyətdən çıxa bilər: "Konstitusiya Məhkəməsi, əlbəttə ki, müxalifətsiz işin davam etdirilməsinin konstitusiyaya uyğun olduğunu müzakirə edib, qərar verə bilər. Amma parlament bu halda fəaliyyətini davam etdirməməlidir. Çünki ən azı üç fraksiyanın olmaması konstitusiyanın pozulması deməkdir. İkinci variantda isə hakim qüvvə həll yollarını tapmağa çalışacaq. Belə ki, parlamentin fəaliyyətini davam etdirmək üçün "Mülki müqavilə”nin süni şəkildə 2-3 fraksiyaya bölünməsi və bunun da çıxılmaz vəziyyətdən çıxış yolu sayıla bilməsi istisna deyil. Digər tərəfdən, Konstitusiya Məhkəməsi problemin hüquqi həllini tapa bilməsə, növbədənkənar parlament seçkiləri qaçılmaz olacaq".
Politoloqun fikrincə, hakim siyasi qüvvə iki müxalifət qruplaşması olmadan fəaliyyətini davam etdirə bilsə, o zaman çətin vəziyyət yaranmayacaq. Ermənistan təkpartiyalı parlamentlə davam edəcək: "Bunun müsbət və ya mənfi nəticə verəcəyini daha sonra müzakirə etmək olar, amma demokratik, çoxpartiyalı kurs tutmuş ölkə üçün bu, cəfəngiyyat olacaq".
Keryan hesab edir ki, 44 günlük müharibənin nəticələri və "Müqavimət hərəkatı"nın fəaliyyəti fonunda hakim siyasi qüvvənin reytinqinin tədricən aşağı düşdüyünü nəzərə alsaq, erkən seçkilər keçirmək "Mülki müqavilə"nin maraqlarına uyğun deyil. Hakim partiya üçün ən optimal variant mövcud parlamentin işini davam etdirməsidir.
Aydın