Ermənistanda pasport böhranı yaşanır.
Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, pasport almaq üçün müraciət edənlərə bildirilir ki, ölkədə pasport yoxdur. Ona görə də 1 ay gözləməlidirlər.
Vətəndaşların çoxsaylı müraciətləri əsasında erməni "Armenpress” polislə əlaqə saxlayıb. Polisdən bildirilib ki, koronavirus infeksiyası üzündən pasport tədarükündə problem yaranıb. Amma polis məsələni təfərrüatlarına varmayıb.
Ermənistanın mövcud qanunvericiliyinə görə, pasport 15 gün müddətində, yaxud əlavə rüsum müqabilində daha tez verilməlidir.
Seyid