
Ermənistanın əmək və sosial məsələlər naziri Artyom Asatryan yeni pensiya hesabatını parlamentə təqdim edib.
Qaynar.info erməni mətbuatına istinadən xəbər verir ki, bununla da Ermənistanda yanvarın 1-dən pensiyalar 40 faiz artacaq. Əgər 10 il iş stajı olan şəxs 14 min 800 dram pensiya alırdısa, yanvarın 1-dən 21 min dram alacaq.
Asatryan bildirib ki, yeni pensiya formuluna əsasən 30 min erməni vətəndaşı yoxsulluqdan xilas olacaq.
Ermənistan dövlət büdcəsindən isə pensiyaların artırılması üçün 25 milyon dram ayrılıb.
Nazir onu da bildirib ki, hərbçilərə verilən pensiyalar da gələn ilin iyulundan artırılacaq.
Qaynar.info