Ermənistanda qadınların hərbi xidmətə cəlb edilməsi ilə bağlı qanun layihəsi hələ hazırlanma mərhələsindədir, dövriyyəyə buraxılmayıb.
Qaynarinfo "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu jurnalistlərə müdafiə nazirinin müavini Arman Sarkisyan deyib. Bir qədər əvvəlsə departamentin mətbuat katibi Aram Torosyan yeni təşəbbüslə bağlı açıqlama
verib.
İdarə rəisinin müavininin sözlərinə görə, bu fikrin yaranmasına səbəb müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə qadınların fəallığı olub. Həmçinin, Müdafiə Nazirliyi əvvəllər zərif cinsin nümayəndələri üçün atıcılıq kursları təşkil edib və nəticələr Müdafiə Nazirliyinin rəhbərliyini təəccübləndirib. Bu və digər amillər nəzərə alınaraq müvafiq qanunvericilik təşəbbüslərinin müzakirəsinə başlanılması qərara alınıb. Sarkisyanın sözlərinə görə, qadınlar üçün hərbi xidmət yalnız könüllü olacaq.
"Bəzi hüquqi prosedurlardan keçdikdən sonra qanun layihəsi ictimaiyyətə təqdim olunacaq və bütün maraqlı tərəflər öz fikirlərini bildirmək imkanı əldə edəcəklər. Artıq təxmini layihəmiz var, lakin konkret danışmaq hələ tezdir", - o deyib.
Qurum rəsmisi əlavə edib ki, söhbət silahlı qüvvələrin döyüş hazırlığının artırılmasında qadınların potensialından istifadə edilməsindən gedir.
Alpər