Ermənistanın Gavar şəhərində 500-ə yaxın adam xəstəxanaya basqın edərək, orada yerli kriminal avtoritetin qətlində şübhəli bilinən iki nəfəri linç edib.
Qaynarinfo xəbər verir ki, bu haqda Mk.ru erməni KİV-lərinə istinadən məlumat yayıb.
Həmin vaxt Ermənistan polisinin rəhbəri xəstəxanada olub. Ümumilikdə isə respublikada fövqəladə vəziyyət rejimi hökm sürür.
NTV xəbər verir ki, "iki və ya daha çox insanın öldürülməsi" maddəsi ilə cinayət işi açılıb.
Xatıladaq ki, ermənistanda baş verən atışma nəticəsində iki nəfər öldürülüb. Yaralı olan qatillər polisin əlinə keçib və xəstəxanaya yerləşdirilib. Daha sonra kriminal avtoritet olduğu deyilən qurbanlardan birinin yaxınları və dostları - ümumilikdə 500 nəfər - yaralıların yatdığı xəstəxana palatasına basqın edib, hər iki yaralının boğazını kəsərək gediblər. Tibb müəssisəsinin girişində dayanmış mühafizəçilər hücum edənləri dayandıra bilməyiblər.
Alpər