Xəbər lenti

Ermənistanda sərhədçi itkin düşdü
Dünya19:50 27.02.2015

Ermənistanda sərhədçi itkin düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan İstintaq Komitəsi tərəfindən Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd İdarəsinin Ermənistandakı hərbi qulluqçusu, müqavilə əsasında xidmət göstərən Artur Afyanın itkin düşməsi ilə bağlı cinayət işi açılıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, A.Afyan Ermənistan vətəndaşıdır.
 
Cinayət işinin Ermənistan CM-nin 104-ü maddəsi üzrə (qətlə yetirilmə) açıldığı bildirilir. 26 yaşlı A.Afyanın itkin düşməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına onun arvadı müraciət edib. Yerli mənbələrə görə, itkin düşməmişdən əvvəl hərbçi böyük  məbləğdə borcu olduğunu etiraf edib. 

Qaynar.info