Xəbər lenti

Ermənistanda sərxoş şəxs təcili tibbi yardım əməkdaşlarını girov götürüb
Dünya18:57 08.04.2017

Ermənistanda sərxoş şəxs təcili tibbi yardım əməkdaşlarını girov götürüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın Şırak vilayətində 49 yaşlı sərxoş kişi təcili tibbi yardım əməkdaşlarını girov götürüb.

"Qaynar"ın Trend-ə istinadən verdiyi məlumata görə, o, təcili tibbi yardım briqadasını çağıraraq, təcili tibbi yardım əməkdaşlarına öz evindən çıxmağa imkan verməyib.

Məlumatda deyilir ki, o, təcili tibbi yardım əməkdaşlarından spirtli işki tələb edib. O, təxminən 40 dəqiqə təcili tibbi yardım əməkdaşlarını saxlayıb, sonra isə onları buraxıb.

Qaynar.Az