Xəbər lenti

Ermənistanda silahlı üsyan qorxusu
Dünya11:10 19.03.2013

Ermənistanda silahlı üsyan qorxusu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanda silahlı üsyan gözlənilir. Bu barədə Ermənistan prezidentliyinə namizəd Andreas Qukasyan bildirib

Ermənistan prezidentliyinə namizəd Andreas Qukasyan bu ölkədə hərbi üsyanın olacağını istisna etməyib. Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə o, bu gün bu barədə İrəvandakı “Azadlıq” meydanında çıxışı zamanı deyib.

Hökümətlə mübarizə çərçivəsində vətəndaşlar kütləvi şəkildə vergidən yayına bilərlər. “Hökumət xalqa məxsusdur. Əgər xalq öz nümayəndələrilə hökumətdə təmsil olunmayacaqsa, onda bunu müxtəlif üsullarla etməlidir. 9 aprel tarixində seçim etmək zamanıdır”, - deyə A. Qukasyan bildirib. 

Hərbi üsyan haqqında sualı şərh edərkən Qukasyan bildirib ki, qeyri-qanuni rejimdən azad olmaq xalqın boynuna düşən birbaşa öhdəliklərindəndir. O, daxili düşmənlərdən özünü qorumaq iqtidarında olmayan xalqın beynəlxalq miqyasda təmsil oluna bilməyəcəyini bildirib.

“Əgər rejim bura hərbçiləri yönəldərək silahdan istifadə etsə, biz nə etməliyik? Qaçmalıyıqmı? Rejim dinc əhaliyə qarşı hücum əmri versə, biz də qiyam etməyə məcbur olacağıq!”, - deyə A.Qukasyan bildirib.

Qaynar.info