Bu il oktyabr ayının 13-dən 22-qədər Ermənistanda əhalinin siyahıyaalınması keçiriləcək.
Əvvəlki siyahıyaalınmada kişi və qadınların sayı demək olar ki, bərabər idi. Bu dəfə isə fərqli mənzərənin ortaya çıxacağı praqnozlaşdırılır. Müharibədə verilən itkiləri və müharibədən sonra ölkədən mühacirət edənləri nəzərə alsaq, 20-40 yaşlı kişilərin sayının kəskin azaldığını deyə bilərik.
Əhalinin etnik tərkibinin dəyişməsi baxımından da nəzərəçarpacaq demoqrafik fərq müşahidə olunacaq. Son zamanlar, xüsusən də Rusiya-Ukrayna müharibəsi səbəbindən Ermənistanda Rusiya vətəndaşlarının sayı artıb, üstəlik bəziləri artıq vətəndaşlıq alıb. Onların hətta Ermənistanda mülkləri və biznesləri də var.
Bundan başqa Ermənistanda çox sayda Hindistan vətəndaşı məskunlaşıb və aşağı maaşla işləyirlər. Həmçinin Ermənistanda farslar və ərəblərin də sayı artıb, əksəriyyəti bizneslə məşğuldur.
Hər il ali məktəbə qəbul olanların sayının azaldığını nəzərə alsaq, siyahıyaalmada ali təhsillilərin sayının da azalacağını güman etmək olar.
Bəzi ekspertlər hesab edir ki, siyahıyaalmada məlumatlar tamamilə saxtalaşdırılacaq. Onların fikrincə, siyahıyaalınma məlumatlarının natamam təqdim edilməsi gələcəkdə ölkənin siyasi və iqtisadi planlamasına mənfi təsir edəcək.
Həmçinin mühacirələrin də sayının gizlədiləcəyi pronozlaşdırılır. Son illərdə Ermənistandan mühacirət edənlərin sayı kəskin artıb. Bu da müxalifətə hakimiyyəti tənqid etmək üçün əlavə fürsət verir. İndiki halda hakimiyyət mühacirət rəqəmlərini gizlətməklə müxalifətin əlindən bu şansı almağa çalışacaq.
Telman