Xəbər lenti

Ermənistanda son durum (VİDEO)
Dünya13:56 04.05.2022

Ermənistanda son durum (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Artıq bir neçə gündür ki, müxalifət yenidən küçələrə axışaraq ikinci yaz inqlabının və Ermənistanın qurtuluşunun başladığını bəyan edib.
Bu gün İrəvandakı Fransa meydanına toplaşan nümayişçilər parlamentə doğru hərəkət etməyə başlayıb. Parlamentinvitse-spikeri İşxan Sağatelyan Fransa meydanında çıxışı zamanı etirazçıları təxribatlara getməməyi, sakit olmağa çağırıb. 
Qeyd edək ki, hazırda Dəmirçyan küçəsində çoxlu sayda polis qüvvəsi cəmləşib. Onlar qalxan və dəbilqə ilə mühasirə yaradıblar. 
Xatırladaq ki, səhər saatlarından İrəvanda itaətsizlik aksiyaları yenidən başlayıb. Paytaxtda vətəndaşlar betonqarışdıran maşınlar və yük avtomobilləri ilə əsas yolları və körpüləri bağlayıblar. Eyni zamanda, Ermənistan Milli Təlükəsizlik Xidməti bəyanat yayaraq, İrəvandakı mitinqin təşkilatçılarının təxribat yolu ilə qanunsuz hərəkətlər törətmək, mitinq iştirakçılarını parlament binasını zəbt etməyə təhrik etmək niyyətində olduğunu bildirib.
MTX-nın bəyanatından dərhal sonra İşxan Sağatelyan bildirib ki, onlar binanı zəbt etməyəcəklər: "Çünki artıq binalarda hökümət yoxdur, güc küçədədir, güc sizindir. Heç bir təxribata yol verilməməlidir. Hərakat sürətlə artır və biz indi aydın addımlarla parlamentə doğru irəlilələməliyik. Hamımız Nikolu tanıyırıq, o, təxribatlara əl atmağa, polisdən, silahlı qüvvələrdən xalqa qarşı istifadə etməyə, təxribatlar törətməyə çalışacaq. Ümid edir ki, onun bu planları pozulacaq. Biz çox qısa müddətdə bu hakimiyyətdən xilas olacağıq”. 
Hazırda parlament snayperlərlə qorunur. Vətəndaşlar isə parlamentin qarşısında "Nikol satqın!”, "Nikol çıx get!" şüaarları səsləndirirlər. 
Parlamentdə isə müxalifət deputatları "Nikol, satqın!” qışqıraraq zalı tərk ediblər. Paşinyan onlara üz tutaraq "Siz həmişə qaçdığınız kimi, həmişə də qaçacaqsınız" deyib. 
Telman