Xəbər lenti

Ermənistanda turizm: Hansı ölkələrdən gələn turistlər artıb, hansından azalıb?
Dünya07:19 13.06.2022

Ermənistanda turizm: Hansı ölkələrdən gələn turistlər artıb, hansından azalıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin yanvar-mart aylarında Ermənistana 249 361 turist gəlib. Xüsusən də Rusiyadan gələn turistlərin sayı 17,9 min nəfər artıb.
Qaynarinfo bu barədə erməni mediasına istinadla məlumat verir.
Belə ki, ötən ilin ilk üç ayında Rusiyadan Ermənistana 37,9 min turist səfər edib, 2022-ci ilin eyni dövründə isə bu rəqəm 55,8 min nəfər olub. Bundan başqa, Almaniyadan Ermənistana gələn turistlərin sayı 1000 nəfər artıb. Qeyd edək ki, Fransadan Ermənistana gələn turistlərin sayı 1900, ABŞ-dan 2100, Türkiyədən 300 nəfər azalıb.
Diqqəti çəkn İran İslam Respublikasından Ermənistana gələn turistlərin sayının xeyli azalmasıdır. Əgər ötən ilin yanvar-mart aylarında İrandan Ermənistana 18,7 min nəfər səfər edibsə, bu ilin eyni dövründə bu rəqəm 9,5 min nəfər olub. Qeyd edək ki, Ukraynadan Ermənistana gələn turistlərin sayı da azalıb.
Xatırladaq ki, Ermənistanı tərk edənlərin sayı 3,2 dəfə artıb. Ötən ilin 3 ayında ölkəni 44 574 turist, bu ilin eyni dövründə isə 143 3708 turist tərk edib.
Telman