Gevorq Papoyan Ermənistanın iqtisadiyyat naziri təyin edilib.
Qaynarinfo xəbər verir ki, müvafiq sərəncamı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb. Qərar baş nazir Nikol Paşinyanın təklifi əsasında qəbul edilib.
Paponyanın Ermənistan parlamentinin "Vətəndaş sazişi" fraksiyasından olan deputatı kimi səlahiyyətlərinə bir gün əvvəl xitam verilib. Bundan əvvəl hakim "Vətəndaş sazişi" partiyası o vaxt parlamentin maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasının rəhbəri olan Papoyanın iqtisadiyyat naziri vəzifəsinə namizədliyini təsdiqləyib.
Xatırladaq ki, nazir postu korrupsiya işi üzrə istintaq çərçivəsində hazırda ev dustaqlığında olan Vaan Kerobyanın istefasından sonra fevralın 14-dən boş qalıb.
Aydın