Xəbər lenti

Ermənistanda yüksək vəzifəli məmurlar işdən çıxarılıb
Dünya13:52 04.08.2016

Ermənistanda yüksək vəzifəli məmurlar işdən çıxarılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 4-də Ermənistan prezidenti Serj Sarkisyan bir neçə yüksək vəzifəli məmuru işdən azad edib. 

Qaynarinfo.Az erməni mətbuatına istinadən xəbər verir ki, Serj Sarkisyan Qrant Episkoposyanı Milli təhlükəsizlik xidmətinin direktoru vəzifəsindən, Mnasakan Marukyanı isə Milli təhlükəsizlik xidmətinin istintaq idarəsinin rəisi vəzifəsindən azad edib.

Qrant Episkopyanın yerinə Karapet Davtyan, Mnasakyan Marukyanı isə Mikael Ambarsumyan əvəz edib. 

Qeyd edək ki, avqustun 4-də ölkənin Baş prokuroru Gevorq Kostanyan da istefa verib.

Qızılgül

Qaynarinfo.Az