Xəbər lenti

Ermənistandan Rusiya və Qazaxıstana fırıldaq
Dünya11:58 02.06.2014

Ermənistandan Rusiya və Qazaxıstana fırıldaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın  İqtisadiyyat naziri Karen Çşımartiyan jurnalistlərə açıqlamasında  Ermənistanla  qondarma  "Dağlıq Qarabağ Respublika"sı  arasında olan məntəqələrdə heç vaxt gömrük postlarının qoyulmayacağını bildirib.

Avropa.info-nun verdiyi xəbərə görə, İrəvan parlamentində jurnalistlərdən biri erməni nazirə, “Ermənistanın Avrasiya İttifaqına Qarabağsız getməsi nə dərəcədə doğrudur?” deyə sual verib.

İşğalçı dövlətin naziri isə Ermənistanın bütün qurumlara Qarabağsız qoşulduğunu bildirib və qeyd edib ki, bu hal Qarabağ üçün heç bir təhlükə yaratmır.

Qeyd edək ki , Ermənistanın  Rusiya, Belarus və Qazaxıstan tərəfindən təsis olunmuş  Avrasiya İttifaqına daxil olmasında problemlər yaranıb. Mayın 29-da  Qazaxıstan  prezidenti Nursultan Nazarbayev  Avrasiya İqtisadi Birliyinin Astanada keçirilən toplantısında Azərbaycan prezidenti İlham Əliyevin məktubunu oxumuş  və Ermənistanın  bu birliyə  Qarabağla birlikdə daxil olmasının yol verilməz olduğunu bildirmişdi.

Nazarbayevin bəyanatından bir neçə gün sonra açıqlama verən, Ermənistan prezidenti Sarkisyan  Gömrük İttifaqına Qarabağsız daxil olacaqlarını bildirmişdi. Sarkisyanın bu fikirləri  erməni müxalifətinin narazılığı ilə müşayət olunmuşdu. Lakin  indi Ermənistanın  İqtisadiyyat naziri Karen Çşımartiyan  Sarkisyanı  təkzib edərək  Qarabağla  Ermənistan arasında gömrük postlarının qurulmayacağını bildirir. Bu isə Avrasiya İqtisadi Birliyinin tələblərinə ziddir.

Qaynar.info