Xəbər lenti

Ermənistanı Rusiya ilə birləşdirən yol bağlandı
Dünya17:42 23.01.2024

Ermənistanı Rusiya ilə birləşdirən yol bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
500-ə yaxın yük maşını Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars beynəlxalq keçid məntəqəsində qalıb. 
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, buna səbəb qarlı hava şəraiti səbəbindən Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yolun qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün bağlanmasıdır. 
Hazırda 300-ə yaxın Ermənistana məxsus yük maşını Yuxarı Lars beynəlxalq keçid məntəqəsindən Rusiya Federasiyası istiqamətində Gürcüstan tərəfində, 200-ə yaxını isə Ermənistan istiqamətində Rusiya tərəfində qalıb.