Xəbər lenti

Ermənistanın baş naziri və XİN rəhbəri istefa verir
Dünya17:35 07.09.2016

Ermənistanın baş naziri və XİN rəhbəri istefa verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın baş naziri OvukAbraamyan Nazirlər Kabinetinin üzvləri ilə vida görüşü keçirib.

“Baş nazir nazirlərlə görüşüb vidalaşdı. Ovik Abramyanın istefası barədə sabah elan ediləcək. Yeni baş nazir Karen Karapetyan (Yerevanın sabiq meri) təyin olunacaq”, - agentliyin həmsöhbəti belə deyib.

Onun sözlərinə görə, həmçinin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın istefası gözlənilir. 

“Çox güman ki, bu vəzifəyə Ermənistan prezidenti aparatının rəhbəri Vigen Sarkisyan təyin ediləcək”, - deyə o bildirib. (oxu.az)

Qaynarinfo.Az