Ermənistanda baş nazir vəzifəsini icra edən Karen Karapetyan istefa verib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat yayıb.
Karapetyan həmçinin bu gün baş nazir seçilən Nikol Paşinyanı təbrik edib.
"Hamınıza tənqidinizə, ruhlandırıcı sözlərinizə və dəstəyinizə görə təşəkkür edirəm. Bu çox maraqlı və məsuliyyətli dövr idi. Yeni baş naziri təbrik edirəm. Ona və sonrakı baş nazirlərə uğurlar arzulayıram" deyə Karapetyan yazıb.