Xəbər lenti

Ermənistanın Baş Qərargah rəisinin keçmiş müavinini həbs edildi
Dünya09:05 15.01.2024

Ermənistanın Baş Qərargah rəisinin keçmiş müavinini həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrəvan Birinci İnstansiya Məhkəməsi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanın 2 ay müddətinə həbs edilməsi barədə vəsatəti təmin edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə onun vəkili Varazdat Arutyunyan sosial şəbəkələrdə məlumat verib.
Daha əvvəl ArmLur.am nəşri yazmışdı ki, "Erik” restoranına toplaşan 10-a yaxın şəxs arasında mübahisə yaranıb və bu zaman respublikanın Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan mükafat aldığı silahdan atəş açmağa başlayıb.
Keçmiş Dağlıq Qarabağ sakini Hrayr Mnatsakanyan yaralanıb və xəstəxanaya çatdırılıb, Xaçatryan isə saxlanılıb.
Ermənistan İstintaq Komitəsi Sputnik Ermənistan-a bildirib ki, Kotayk rayonunda restoranlardan birində baş verən atışma nəticəsində insan tələfatı olub.
Alpər