"Mövcud hökumət üçün dövlət borcu "asan” puldur, qaytarılmasına görə məsuliyyətin böyük hissəsi gələcək hakimiyyətlərin üzərinə düşür".
Qaynarinfo xəbər verir ki, bu sözləri "Sputnik Ermənistan"a Ermənistan Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyat nəzəriyyəsi kafedrasının dosenti Atom Markaryan dövlət borcunun son illər artım tendensiyasını şərh edərkən bildirib.
"Bu gün hakimiyyətdəyəm və pul verməyə hazır olan hər kəsdən istənilən faizlə borc götürürəm. Sabah isə onu rəqiblərimə ödətdirəcəm (təbii ki, onlar hakimiyyətə gəlsələr), onların başları ağrıyacaq. Və borcun əsas yükünün cəmiyyətin çiynində olması isə indiki hökumətin vecinə deyil”, deyə Markaryan bildirib.
Mütəxəssis borcun nəinki artdığına, həm də strukturunun keyfiyyətcə pisə doğru dəyişdiyinə diqqət çəkib. Əgər əvvəllər daxili və xarici borcun nisbəti 20/80 idisə, bu gün daxili borcun dövlət borcunda xüsusi çəkisi iki dəfə artaraq, demək olar ki, 40/60 nisbətinə çatıb:
"Bu, hədsiz yüksək rəqəmdior. Dövlət öz problemlərini həll etmək üçün daxili bazardan pul çıxarır. Bəs dəqiq nə məlumdur, bunlar, ilk növbədə, mükafarlar, qəşəng səyahətlər, möhtəşəm qəbullar və şişirdilmiş dövlət aparatıdır. Hesabına dövlət borcunun artmasına səbəb olan bu kreditlər ultra müasir silah və texnologiyalara, sərhədlərin müasir texnika ilə təchiz edilməsinə və digər oxşar xarakterli problemlərin həllinə xərclənsəydi, mən başa düşərdim. Amma biz bunu görmürük".
İqtisadçı eyni zamanda bildirir ki, borc məsələsi təkcə dövlətin problemi deyil. Ermənistanda cəmiyyət də borc içində "batmaqdadır”. Bunun əyani sübutu ipoteka bazarının hazırkı vəziyyətidir:
"Ermənistanda pul baha olduğundan banklar xaricdən pul cəlb edir və belə çıxır ki, banklar özləri borc içində olmaqla cəmiyyətin ümumi borcunu artırırlar".
Qeyd edək ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti 2023-cü ilin birinci rübü üzrə vergi daxilolmalarını artıqlaması ilə yerinə yetirdiyini iddia etsə də, dövlət borcu həmin dövrdə 262 milyon dollar artıb. Rəsmi statistikada da göstərilir ki, Ermənistan Respublikası mövcud olduğu 28 il ərzində 6,7 milyard dollar, yalnız son 5 ildə isə daha 4,2 milyard dollar borc yığıb.
Aydın